Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhidlərin xatirəsinə ehtiram

Azərbaycanda rəsmi səfərdə olan Estoniya Respublikası parlamentinin (Riiqikoqu) Sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti mayın 23-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Estoniya­nın parlament nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən estoniyalı parlamentarilərə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı Estoniya Riiqikoqu­nun nümayəndə heyətini Azərbaycan Milli Məclisi sədrinin müavini Adil Əliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

23 May 2022 21:19 -

Köhnə versiyamızdan xəbərləri izlə