Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Estoniya parlamentinin Sədri Azərbaycana səfərə gəlib

Mayın 22-də Estoniya Respublikası parlamentinin (Riiqikoqu) sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dal­ğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Estoniya parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova, ölkəmizin Estoniyadakı səfiri Anar Məhərrəmov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Estoniya parlamentinin Sədri Yuri Ratasın dövlət və hökumət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

23 May 2022 23:19 -

Köhnə versiyamızdan xəbərləri izlə