Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Rusiyanın XİN rəhbərləri Ermənistanla dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

Mayın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazirlər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən bölgədə bütün kommunikasiya xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər

23 May 2022 23:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə