Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Brüssel görüşü sülh danışıqları prosesinin yeni mərhələsi kimi qiymətləndirilə bilər

Brüsseldə baş tutan üçtərəfli görüş Azərbaycanla Ermənistan arasında bu vaxta qədər aparılan mümkün sülh danışıqları pro­sesinin yeni bir mərhələsi kimi qiymətləndirilə bilər. Hər şeydən öncə ona görə ki, Paşinyanın Azərbaycanın irəli sürdüyü beş baza prinsipi çərçivəsində sülh danışıqlarını qəbul etməsi ilə bağlı şifahi və tərəddüdlü bəyanatlarından sonra məhz elə həmin baza prinsipləri əsasında Brüsseldə nəzərəçarpaçaq razılaşma­lar əldə edildi.

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, ilk növbədə qeyd etmək lazımdır ki, görüşə damğası­nı vuran məsələlər təkcə müzakirə edilən məslələr deyil, həm də müzakirə edilməyən məslələr oldu: “Məsələn erməni tərəfinin bütün is­rarlarına baxmayaraq heç bir status məsələsi gündəmə daxil edilməmişdir. Azərbaycanın müəyyən etdiyi diplo­matik leksikondan kənar heç bir ifadə işlədilmədi. Sadəcə Azərbaycanda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizlik məsələlərinə toxunuldu. Bunula da hər iki mövzuda ermənilərin israrla nəyəsə nail olmaq cəhdlərnə birdəfəlik son qoyuldu.

Görünür, yalnız bu həqiqətlər Pa­şinyan tərəfindən yeni reallıq kimi dərk edildiyinə görə dərhal bir neçə istiqamət üzrə mövqelərdə birdən birə yaxınlaşma baş verdi. Bu yaxınlaşmalar ilk növbədə sərhədlərin delimitasiya və demarkasi­yası üzrə yaxın günlərdə komissiyaların görüşməsi istiqamətindədir. Aydındır ki, mümkün sülh prosesi üçün ilk növbədə sərhədlərin qarşılıqlı şəkildə tanınması əsas prioritetdir.

Kommunikasiyaların açılması və iqtisadi əlaqlərin bərpası istiqaməti üzrə baş nazirlərin müavinləri səviyyəsində görüşün keçirilməsi ilə bağlı razılığın əldə edilməsi vacib məsələdir. Burada bir çox istiqamətlər kompleks olaraq nəzərdən keçiriləcək. Elə bu blokda ən əsas məsələrdən biri də gömrük qaydla­rının müəyyənləşdirilməsi üzrə razılaş­manın əldə edilməsidir.

Əslində danışıqların irəliyə doğru getməsinə mane olan əsas məsələlərdən biri bu idi. Çünki bu mövzu Laçın dəhlizi və Zəngəzur dəhlizi üzrə paralellik təşkiletmə baxı­mından aktual idi. Digər mühüm blok humanitar blok idi ki, burada da mi­naların xəritələrinin verilməsi, erməni terrorçularının qaytarılması və birinci Qarabağ savaşında itkin düşmüş 4 minədək Azərbaycan vətəndaşının taleyi məsələsidir. Beş saatılq görüşdə bu da müzakirə edildi”.

Deputat qeyd edib ki, xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşməsi ilə bağlı razılaşma isə ondan xəbər verir ki, mümkün belə görüş artıq yuxarı­da dediyimiz mövzularda müəyyən nəticələrin əldə edilməsindən sonra baş tutacaq ki, bu da özlüyündə iyul-avqust aylarında Brüssel formatında yenidən liderlərin görüşü üçün zəmin yarada biləcək. Buna görə də Brüs­sel görüşlərinin 3-cü raundunu ən məhsuldar raund kimi qiymətləndirmək mümkündür.

24 May 2022 00:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə