Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş nazir Əli Əsədov Estoniya parlamentinin sədriYuri Ratas ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 23-də Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan-Estoniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

İki ölkə arasında siyasi, ticari-iqtisa­di, sərmayə qoyuluşu, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

23 May 2022 22:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə