Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yuri Ratas: Ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi üçün güclü potensial var

Ötən ay biz ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd etdik. Estoniya daim Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Estoniya Respublikası Riiqikoqunun sədri Yuri Ratas jurnalistlərə müsahibəsində bildirib.

“Ölkələrimiz arasında, həmçinin çox sıx parlamentlərarası əlaqələr mövcuddur”, - deyən parlament sədri Azərbaycan Milli Məclisinin sədrinin Estoniyaya səfər etdiyini, həmçinin hər iki ölkənin parlamentlərarası dostluq qruplarının qarşılıqlı səfərlərini xatırladıb.

Yuri Ratas iki ölkə arasında əlaqələri gücləndirmək və dərinləşdirmək çox böyük potensialın olduğunu bildirərək qeyd edib: “Düşünürəm ki, həm Azərbaycan, həm də Estoniya ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı sahələrində daha sıx əməkdaşlıq etməkdə maraqlıdırlar”.

23 May 2022 22:56 -

Köhnə versiyamızdan xəbərləri izlə