Ən son xəbərlər
“Hyundai Motor Group” şirkəti ABŞ-a daha 5 milyard dollar sərmayə qoyacaq.
Bunu şirkətin rəhbəri Çon Iy Son ABŞ Prezidenti Co Baydenlə görüşü zamanı bildirib. O deyib: “Mən şirkətimizin gələcəyi ilə bağlı əlavə investisiyalara diqqət çəkmək istəyirəm. Hyundai Motor Group” 2025-ci ilə qədər ABŞ-a əlavə 5 milyard dollar sərmayə qoymağı planlaşdırır. Bu investisiyalar robototexnika, süni intellekt və sürücüsüz nəqliyyat vasitələrinin yaradılması kimi sahələrdə Cənubi Koreya korporasiyasının Amerika müəssisələri ilə əməkdaşlığını gücləndirəcək”.
Xəbəri “Autonews” yayıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə