Ən son xəbərlər
Avstriya Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları fonunda rusların 97 hesabdakı 254 milyon avro məbləğində aktivlərini dondurub. Məlumata görə, Rusiya aktivlərinin axtarışını Avstriyanın Daxili İşlər Nazirliyi yanında Dövlət Təhlükəsizliyi və Kəşfiyyat İdarəsinin tərkibindəki işçi qrup digər idarələrlə birlikdə həyata keçirib. Bundan başqa, cari ayın sonunda bu cür aktivlərin axtarışını asanlaşdırmaq üçün yeni hesabat sisteminin istifadəyə veriləcəyi açıqlanıb.
Xəbəri “Euronews” verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə