Ən son xəbərlər
Türkiyənin Aralıq dənizinin şərqində “Kurtaran-2022” adlı hərbi təlimlərə start verilib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında məlumat yerləşdirilib. Bildirilir ki, təlimlərə 12 ölkədən 26 müşahidəçi qatılıb.
Yeri gəlmişkən, mayın 27-dək davam edəcək təlimlərə Türkiyənin 7 gəmisi, 3 sualtı qayığı, 1 təyyarə, iki helikopter, bir pilotsuz uçuş aparatı (İHA), 2 sahil mühafizə qayığı və polis axtarış-xilasetmə qrupunun əməkdaşları cəlb olunublar. Təlimlər dəniz altında axtarış-xilasetmə tədbirlərinin gücləndirilməsi məqsədi daşıyır.
Xəbəri “Anadolu” verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə