Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün növbəti təlimlər

Bakı şəhərində keçiriləcək “Formula-1 Azərbaycan Qran Prisi 2022” yarışlarına hazırlıq çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti nəzdində Bakı Marşal Klubu mar­şallarının bacarıq və təcrübələrinin artırılması məqsədilə 21-22 may tarixlərində Fövqəladə Hallar Nazirliyinin Aka­demiyasında Nazirliyin dəstəyi ilə yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlimlər keçirilib.

FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkov­nik Ağali Hüsey­novun rəhbərliyi ilə təşkil olu­nan təlimlərin keçirilməsində məqsəd yarışlar zamanı baş verə biləcək fövqəladə hallarla bağlı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, yanğın­ların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün marşalların peşəkarlığının daha da artırılma­sıdır.

Təlimin nəzəri hissəsində Akademiyanın xüsusi ixtisaslı təlim-tədris heyəti tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, o cümlədən yanğın təhlükəsizliyinə dair biliklərin aşılanması, mümkün belə hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bacarıqları­nın möhkəmləndirilməsi məqsədilə təqdimatlar edilib.

Praktiki hissədə fövqəladə hadisələr, o cümlədən yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlarla davranış qaydaları əyani şəkildə izah olunub.

Mayın 14-dən başlayan təlimlər artıq 4-cü dəfədir ki keçirilir. Nəzəri və praktiki hissələrdən ibarət bu təlimlərdə ümumilikdə 190 nəfərə yaxın marşal iştirak edib.

“Xalq qəzeti”

23 May 2022 22:33 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə