Ən son xəbərlər
Malinin Xarici İşlər naziri Abdulay Diop bildirib ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar iqtisadi sistemi iflic edib. İlk növbədə sanksiyaların tətbiqi kasıb ölkələrin iqtisadiyyatına mənfi təsir edir.
“RİA Novosti”nin məlumatına görə, Abdulay Diop onu da deyib ki, sanksiyalar problemi həll etmir, əksinə çətinlikləri daha da artırır. Qərbin bu hərəkəti ərzaq təhlükəsizliyinə də xələl gətirir. Rusiya Maliyə həmişə kömək edib. İndi də kömək etmək istəyir, lakin sanksiyalar buna mane olur və kasıb ölkələr daha da acınacaqlı vəziyyətə düşürlər.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə