Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Duda: Ukraynalılar bütün Avropanın qəhrəmanlarıdır

Polşa Prezidenti Anjey Duda Ukraynanın Rusiyanın hücumuna qarşı mücadiləsinə yüksək qiymət verərək qeyd edib ki, Rusiya ordusuna qarşı müqavimət göstərən ukraynalılar bütün Avropada qəhrəmandırlar. UNİAN agentliyi yazır ki, Duda bu sözləri Ukrayna Ali Radasında çıxışı zamanı deyib.

Xatırladaq ki, Anjey Duda Rusi­yanın Ukraynada müharibəyə baş­lamasından sonra ukraynalı depu­tatlar qarşısında çıxış edən ilk xarici ölkə başçısıdır. Bu, Polşa liderinin müharibə getdiyi vaxtda Ukrayna paytaxtına ikinci səfəridir. O, aprelin 13-də Latviya, Litva və Estoniya prezidentləri ilə birgə Kiyevə səfər etmiş və Prezident Volodimir Zelenski ilə görüşmüşdü.

Bu arada Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukraynanın Avropa İttifaqına daxil olma vaxtı ilə bağlı açıqlama verib. Xanım siyasətçi Almaniyanın ZDF tele­kanalına müsahibəsində bildrib ki, Ukraynanın İttifaqa daxil olması ölkənin münaqişədən nə qədər tez çıxa biləcəyindən və lazımi islahatları həyata keçirməsindən asılı olacaq.

O, Kiyevə edilən maliyyə yardımının ölkənin bərpası ilə yanaşı, islahatlara da sərf olunmasını təklif edib.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

23 May 2022 22:31 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 İyul 2022 | 23:37
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə