Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Co Bayden Yaponiyaya BMT-TŞ-nin daimi üzvü statusu verilməsini təklif edib

Birləşmiş Ştatlar Prezidenti Co Bayden BMT-də islahatlar çərçivəsində Yaponiyaya BMT Təhlükəsilik Şurasının (TŞ) daimi üzvü statusunun verilməsini təklif edib. Bu barədə CNN məlumat yayıb.

Qeyd olunub ki, bu barədə mayın 23-də NHK telekanalı məlumat yayıb. Bildirilir ki, Co Bayden bu fikri Yaponiya hökumətinin başçısı Fumio Kişida ilə görüşdə səsləndirib.

Eyni zamanda, ABŞ liderinin Yaponiyanın müdafiə qabiliyyətini gücləndirmək səylərini dəstəklədiyi də qeyd edilir. Co Baydenin Yaponiyanın Baş nazirinin Ukraynadakı vəziyyətlə əlaqədar hərəkətlərini təqdir etdiyi də vurğulanır.

Xatırladaq ki, Fumio Kişida martın 13-də hakim Liberal Demokratik Partiyanın qurultayında Ukraynada yaranmış vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağa çağırıb.

Ötən ay isə hakim partiya hökumətə ölkənin müdafiə xərclərini artırmaq və onu ÜDM-nin 2 faizi həcminə çatdırmaq təşəbbüsü ilə müraciət edib.

Məlumat üçün deyək ki, Yaponiya son illər KXDR-in nüvə və raket sınaqları, həmçinin regionda baş verən digər proseslər fonunda müdafiə xərclərini durmadan artırır. 2022-ci ilin aprelində başlamış yeni maliyyə ilində bu məqsədlə ayrılan büdcə vəsaiti əvvəlki illə müqayisədə təqribən 50 milyard yen artaraq 5,37 trilyon yen (41,9 milyard ABŞ dolları) təşkil edib ki, bu da rekord göstərici hesab edilir.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

23 May 2022 22:26 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 İyul 2022 | 23:37
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə