Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tufanla əlaqədar Bakı-Naxçıvan təyyarəsi geri qayıdıb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

23 May 2022 21:21 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə