Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vahid əlaqələndirmə mərkəzlərində 32,7 min şəxsə xidmət göstərilib

Prezident İlham Əliyevin 2021-ci il iyunun 25-də imzaladığı Fərmana əsasən yaradılan vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə şəhid ailəsi üzvləri və müharibə iştirakçılarından ibarət 32 min 729 şəxsə xidmətlər göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə,142 Çağrı mərkəzi tərəfindən isə həmin mərkəzlərə aid məsələlər üzrə 89 min 334 vətəndaş müraciəti cavablandırılıb.

Ötən ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin DOST mərkəzlərində və Dövlət Sosial Müdafiə Fondunun bölgələrdəki filiallarında 50-yə yaxın şəhər və rayonu əhatə edən vahid əlaqələndirmə mərkəzləri açılıb.

Həmin mərkəzlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və müvafiq yerli icra hakimiyyətləri orqanları daxil olmaqla 50-dən çox qurum üzrə 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir.

Həmçinin 142 Çağrı mərkəzi vasitəsilə və səyyar formada da xidmətlər həyata keçirilir.

23 May 2022 16:17 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə