Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZAL Monteneqroya çarter reyslərinin yerinə yetirilməsinə başlayacaq

“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) turoperator “PAŞA Travel” ilə birgə yenidən Monteneqroya çarter reyslərinin yerinə yetirilməsinə başlayacaq.

AZAL-dan  verilən məlumata görə, şirkərt və "PASHA Travel" 2022-ci ilin yay uçuş cədvəli çərçivəsində Çernoqoriyaya çarter proqramının bərpası barədə razılığa gəlib. Belə ki, iyunun 30-dan sentyabrın 1-dək Bakı - Tivat-Bakı marşrutu üzrə reyslər hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək.

Çernoqoriyanın müasir kurort şəhəri olan Tivat Vrmas yarımadasında Boka-Kotor körfəzinin sahilində yerləşir. Tivat Beynəlxalq Hava Limanı - Çernoqoriya sahilində yeganə hava limanıdır və onun ən məşhur kurortları yaxınlığında yerləşir.

Bu istiqamətin əsas üstünlüklərindən biri Azərbaycan vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsidir.

Bakı-Tivat-Bakı marşrutu üzrə aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür. Aviabiletin dəyərinə baqajın pulsuz daşınma norması (23 kq-a qədər ekonom sinfində və 32 kq-də biznes sinfində), həmçinin tam çeşiddə soyuq və isti qidalalar daxildir.

Çernoqoriyaya turizm paketləri həmçinin, Azərbaycanın bütün turizm agentliklərində satışa çıxarılır.

AZAL və “PASHA Travel” 2017-ci ildən bu istiqamət üzrə uğurla əməkdaşlıq edir.

Həmin reyslərdə daşıma üçün müəyyən edilmiş daşıma şərtlərinə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

23 May 2022 16:44 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 İyul 2022 | 10:47
Neft bahalaşıb
4 İyul 2022 | 14:05
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə