Ən son xəbərlər
Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 26-29-da Bakıda ilk dəfə olaraq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.
Festivala hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və vertolyotların sınaq uçuşları həyata keçirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək.
Uçuşlarda “SoloTürk” və “Türk yıldızları” iştirak edirlər.
Tərlan SÜLEYMANOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə