Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan atıcısı Ruslan Lunyov Qranada Qran-Pri turnirində qızıl medal qazanıb

İspaniyanın Qranada şəhərində Beynəlxalq Atıcılıq İdman Federasiyasının Qran-Pri yarışının ilk qaliblərindən biri atletimiz Ruslan Lunyov olub.

Azərbaycan Atıcılıq Federasiyadan verilən məlumata görə, təmsilçimiz 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada qalib gələrək qızıl medal qazanıb.

Azərbaycanlı atlet 26 ən güclü atıcı arasında fərqlənməyə nail olub.

Qranada Qran-Prisi mayın 29-dək davam edəcək.

Tüfəng, tapança və stend atıcılığı üzrə yarışlarda 37 ölkədən 250-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

23 May 2022 12:16 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə