Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİM rəsmisi: Mobil telefon aşkarlanmış abituriyentlərin ikinci dəfə imtahanda iştirakına məhdudiyyət qoyulacaq

Abituriyentlər imtahana gələrkən onların sənədləri tam qaydasında olmalıdır. İmtahan binasına qadağan edilmiş əşyalar gətirməməyi tövsiyə edirik. İmtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda yaxınlaşmaq lazımdır.

Bunu DİM-in təşkil etdiyi canlı yayımda Metodiki təminat və təlimlər şöbəsinin müdiri Adıgözəl Həbibov səsləndirib. O qeyd edib ki, iki gün ərzində 13 abituriyentdə mobil telefon aşkarlanıb. Onların ikinci dəfə imtahanda iştirakına məhdudiyyət qoyulacaq.

Canlı yayımda həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat verilib.

Xatırladaq ki, mayın 21-də III ixtisas qrupu, mayın 22-də II ixtisas qrupu üzrə qəbul, eləcə də III ixtisas qrupunda DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənnindən imtahanlar keçirilib.

22 May 2022 17:14 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə