Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polşa Prezidenti Ali Radada çıxış etmək üçün Kiyevə gəlib

Polşa Prezidenti Anjey Duda bu gün Kiyevə rəsmi səfər edib.

Polşa Prezidenti səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək və Ali Radada çıxış edəcək.

Anjey Duda Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra ukraynalı deputatlar qarşısında çıxış edən ilk xarici ölkə başçısı olacaq. Bu, Polşa liderinin müharibə getdiyi vaxtda Ukrayna paytaxtına ikinci səfəridir. O, aprelin 13-də Latviya, Litva və Estoniya prezidentləri ilə birgə Kiyevə səfər etmiş və Volodimir Zelenski ilə görüşmüşdü.

Mayın əvvəlində Anjey Duda bəyan etmişdi ki, Polşa və Ukrayna arasında “artıq sərhəd olmayacaq”, iki ölkənin xalqları birlikdə yaşaya biləcək.

22 May 2022 10:40 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 İyul 2022 | 23:37
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə