Ən son xəbərlər
“Gasgrid Finland” şirkətinin açıqlamasında deyilir ki, hazırda Finlandiyaya təbii qaz digər bazar iştirakçıları tərəfindən tədarük olunur. Yay mövsümündə Finlandiya Balticconnector qaz kəməri vasitəsi ilə Estoniyadan qaz almağa ümid edir, lakin bu magistralın ötürücülük qabiliyyəti az olduğundan problemlər yaranacağı gözlənilir.
Rusiya 45 ildir ki, Finlandiyaya qaz satır. “Qazprom eksport” və Gasum 2015-ci ilin dekabrında müqavilə müddətini 2031-ci il dekabrın 31-dək uzatmışlar.
Gasum şirkəti Rusiyanın qaza görə yeni ödəniş sisteminə keçmək tələbini qəbul etməmişdir və arbitrajda iddia qaldırmaq niyyətindədir.
Xatırladaq ki, Rusiyanın “Qazprom” şirkəti mayın 21-də səhər saatlarından etibarən Finlandiyaya qaz verilişini dayandıracağını elan etmişdi. Bu qərar Finlandiyanın aprel tədarükləri ilə bağlı ödəniş etməməsi və rublla ödənişə razı olmaması ilə əlaqədar verilib.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə