Ən son xəbərlər
Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Demir bildirib ki, Böyük Britaniya Türkiyəyə hərbi sənaye məhsullarının ixrac qadağasını ləğv edib.
Qeyd edək ki, Böyük Britaniya 2019-cu ildə Türkiyəyə silah və digər hərbi sənaye məhsullarının ixracına lisenziya verilməsini dayandırmışdı.
Bu qərar Türkiyənin Suriyanın şimalında keçirdiyi əməliyyatlarla əlaqədar qəbul edilmişdi.
Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirmişdi ki, bəzi məsələlər, o cümlədən, milli döyüş təyyarələri istehsalı üçün mühərriklər və digər məhsullarla bağlı danışıqlarda müəyyən irliləyişlər əldə olunub: “Biz Müdafiə Nazirliyində, Ticarət Nazirliyində vəzifəli şəxslərlə görüşlər keçirmişik. Müvafiq şirkətlərlə geniş danışıqlar aparırıq”.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə