Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərdoğan və Conson Finlandiya ilə İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Conson ilə telefon danışığı aparıb.

Türkiyə Prezidenti Administasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər ki, söhbət zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciətləri, region­da baş verən hadisələr, Ukrayna ilə Rusiya arasındakı müharibə və digər məsələlər müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan PKK/YPG terror təşkilatına bağlı şəxslər və qondarma struk­turlarla İsveç və Finlandiyanın əlaqələrinin böyük problem olduğunu bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Ankara Finlandiya və İsveçin NATO dəyərlərinə dəstək verəcəyinə və Türkiyənin qanuni maraqlarının nəzərə alınacağına əmin olmalıdır.

R.T. Ərdoğan ölkə ictimaiyyətinin terro­ra dəstək verən ölkələrin NATO-ya üzvlük müraciətinə ədalətli reaksiyasına məhəl qoyulmamasının yolverilməz olduğunu vurğulayıb.

“Xalq qəzeti”

21 May 2022 23:58 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 İyul 2022 | 01:13
Rusiyada yoluxma azalır
3 İyul 2022 | 01:03
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə