Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşaya səfərin yaratdığı hissləri sözlə ifadə etmək çətindir

Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdində fəaliyyət göstərən kino məktəbinin direktoru, rejissor Oleq Səfərəliyev də V “Xarıbülbül” festivalının qonaqları arasında idi. Festivalın yaratdığı təəssüratı bizimlə bölüşən rejissor bildirdi ki, Şuşaya ilk dəfə gedirdim. Məni bürüyən hissləri və emosiyaları ifadə etməyə söz tapa bilmirəm.

Bir tərəfdən, bu şəhərin tarixiliyini hiss et­dim, digər tərəfdən də bu şəhərin bərpası və onun təkcə mədəniyyət mərkəzinə deyil, həm də ölkəmizin özünəməxsus turizm mərkəzinə çevrilməsi yönümündə aparılan işlərin miq­yasına heyrətləndim. Burada çox böyük işlər görülür.

O. Səfərəliyev tezliklə Şuşa şəhəri haq­qında təkcə tariximizin qəhrəmanlıq səhifəsini deyil, həm də hazırda burada “qaynayan” mədəni həyat hadisələrinin əksini tapacaq yeni filmlərin nümayiş etdiriləcəyinə əminliyini də bildirdi.

Xatırladaq ki, Şuşa şəhərində V “Xarı­bülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə baş tutub. Burada xarici ölkələrdən, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən olan folklor kollektivləri, musiqiçilər və rəqs qrupla­rı iştirak etdilər.

Qələmə aldı: M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

22 May 2022 00:04 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə