Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsimi rayonunda yeni “Abad həyət” istifadəyə verilib

Paytaxtın Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Moskva prospekti boyunca 600-dən artıq sakinin yaşadığı 90 və 92 saylı binaların əhatə etdiyi ərazidə abadlıq və yenidənqurma işləri bugünlərdə başa çatdırılıb, həyət sakinlərin istifadəsinə verilib.

Hər iki binanın fasadları və dam örtükləri əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdı­rılıb, giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Əraziyə 2 min kvadratmetrlik asfalt örtüyü çəkilib, 1500 kvadratmetrlik qazon, 500 kvadratmetrlik tamet daşı, 300 metrlik bardür döşənib. Həyətin istinad divarı bərpa olunaraq aqlay daş­la üzlənib, əlillərin sərbəst hərəkəti üçün panduslar quraşdırılıb. Müxtəlif yerlərdə tullantıların atılması üçün zibil qutuları qoyulub.

Sakinlərin dincəlib-əylənməsi üçün binaların qarşısında söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdı­rılıb. Abadlıq işləri aparılan ərazidəki yaşıllıqların bərpası ilə yanaşı, məhəllədə 50 ədəd müxtəlif növ həmişəyaşıl ağac, 500-dən artıq gül-çiçək kolu əkilib. Yaşıllıqların suvarılması üçün yeni şəbəkə qurulub, yağıntı sularının kənarlaşdırılması üçün kanalizasiya xətti çəkilib. Həyətin işıqlandırma sistemi də təzələnib.

Rayonun mikrorayonlar massivində aparılan abadlıq-quruculuq və yenidənqurma işlərini əhali böyük razılıqla qarşılayır. Görülən bu işlərə görə rayon sakinləri pay­taxtın sosial inkişafını daim diqqətdə saxlayan ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

R.TAHİR,

“Xalq qəzeti”

22 May 2022 00:43 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə