Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Defense News”: Rusiya “Zadira” lazer kompleksindən istifadə etməyib

Amerika Birləşmiş Ştatları Rusiyanın Donbası qorumaq üçün Ukraynada həyata keçirdiyi “xüsusi hərbi əməliyyat” zamanı beş kilometrə qədər məsafədə hədəfləri vura bilən “Zadira” lazer sistemindən istifadə etdiyinə dair heç bir sübut tapmayıb. Bu xəbəri Amerikanın “Defence News” nəşri Pentaqondakı mənbəyə istinadən yayıb.

Nəşrdə Rusiya tərəfinin “xüsusi əməliyyat” zamanı yeni silahların tətbiqi ilə bağlı bəyanatı lazer sistemlərinin bahalı raketlərdən, xüsusən də Rusiyanın “Tor” və “Pant­sir” sistemlərindən xeyli ucuz olması faktının etirafı kimi qiymətləndirilib.

Nəşrin məlumatına görə, Zadiranın, eləcə də Peresvet lazer kompleksinin hazırlan­ması Rusiya Federal Nüvə Mərkəzi - Sarovda yerləşən Ümumrusiya Tədqiqat Eks­perimental Fizika İnstitutu (RFNM-ÜRETFİ) tərəfindən həyata keçirilib.

Zadira kompleksinin “xüsusi hərbi əməliyyatlarda” istifadəsi barədə may ayında Rusiya baş nazirinin müa­vini Yuri Borisov açıqlama vermişdi.

Rusiya baş nazirinin müavini Yuri Borisov mayın 18-də çıxışı zamanı Uk­raynada düşmənin pilotsuz uçan aparatını 5 kilometr məsafədə beş saniyəyə fiziki məhv etməyə (yandırmağa) qadir olan yeni nəsil “Zadira” döyüş lazer sistemindən istifadə edildiyini açıqlamışdı. Bu, döyüş şəraitində lazer si­lahlarının uğurlu istifadəsi ilə bağlı dünyada ilk bəyanatdır. Barisov bildirmişdi ki, Zadira “praktik olaraq seriyalı” isteh­sal olunur və müxtəlif lazer sistemləri Rusiya ordusu­nun istifadəsinə verilir. Yeni fiziki prinsiplərə əsaslanan sistemlər artıq hərbi hissələrə yollanır. Mövzu kifayət qədər qapalı olsa da, bununla belə Yuri Borisov “Peresvet” kompleksinin gücündən danı­şaraq bildirib ki, bu silah lazer impulsları ilə Yerdən 1500 kilometrə qədər yüksəklikdə düşmənin bütün kəşfiyyat peyk sistemlərini kor etməyə (söndürməyə) imkan verir.

Məlumat üçün bildiririk ki, hələ aprel ayında “Raytheon” şirkəti Yüksək Enerjili Lazer Silah Sistemlərini (HELWS) lazer topları ilə sınaqdan keçirmişdi.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”  

21 May 2022 23:30 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 İyul 2022 | 23:37
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə