Ən son xəbərlər
ABŞ-ın “Boeing” şirkətinin layihələndirdiyi “Starliner” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiya (BKS) ilə birləşib. Bunu ABŞ-ın Milli Kosmik Tədqiqatlar Agentliyi NASA açıqlayıb. Proses NASA tərəfindən canlı yayımlanıb və gəmi təxminən 2 saat ərzində stansiya ətrafında manevr edərək ona 400 metr məsafədə yaxınlaşıb. Bundan sonra birləşmə prosesi başlayıb. Texniki problemə görə proses təxminən 1 saat gecikib.
Xəbəri CNN verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə