Ən son xəbərlər
Dünya şöhrətli ispan rəssam Pablo Pikassonun “Femme nue couchée” (“Uzanmış çılpaq qadın”) tablosu Nyu-Yorkdakı “Sotheby's” hərracında 67,54 milyon dollara satılıb. Bildirilir ki, bu əsərdə rəssamın ilham mənbəyi model Mariya-Tereza Volter olub. Pikassonun daha bir tablosu – “çılpaq kişi və qadın” isə 5,1 milyon dollara satılıb.
Bundan başqa, həmin axşam Pol Sezann, Anri Matiss, Klod Mone, Salvador Dali və başqa rəssamların da əsərləri hərraca çıxarılıb.
Xəbəri “The Sun” verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə