Ən son xəbərlər
Kanadada rekord inflyasiya qeydə alınıb. Bildirilir ki, cari ilin aprel ayında ölkədə inflyasiya səviyyəsi 6,8 faizə yüksəlib. Bu, 1991-ci ildən bəri qeydə alınmış ən yüksək göstəricidir. İnflyasiyaya əsas səbəb kimi ərzaq və mənzil qiymətlərinin bahalaşması göstərilir. Ekspertlərin fikrincə, mal və xidmətlərin qiymətlərində artım davamlı olacaq. Kanada Mərkəzi Bankı isə inflyasiya ilə mübarizə tədbiri kimi uçot dərəcəsini artırmağa hazırlaşır.
Məlumatı “Bloomberg” yayıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə