Ən son xəbərlər
Almaniyada 1955-ci il istehsalı olan “Mercedes- Benz 300 SLR” avtomobili 135 milyon avroya satılıb. “Sotheby's” satış evinin məlumatına görə, hərrac Ştutqart şəhərindəki “Mercedes-Benz” muzeyində keçirilib. Bu nostalji hisslər yaradan tarixi avtomobillər içərisində ən baha satılan avtomobil olub. Xatırladaq ki, “Mercedes- Benz 300 SLR” bundan əvvəl 1962-ci ildə istehsal olunan və 2018-ci ildə 48,4 milyon dollara satılan “Ferrari 250 GTO” avtomobilinin qiymətini 86,4 milyon avro üstələyib.
Xəbəri “Autonews” verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə