Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 202 Bakı şəhəri, 20 may 2022-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 24 may tarixli 84 nömrəli, “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın təsdiq edilməsi və “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 13 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 29 may tarixli 251 nömrəli, “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 7 iyun tarixli 261 nömrəli və “Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 iyun tarixli 266 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Məşğulluq haqqında” Azərbaycan Respub­likasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 445-VIQD nömrəli Qanununun tətbiqinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2002-ci il 24 may tarixli 84 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 321; 2008, № 2, maddə 130; 2011, № 2, maddə 157, № 5, maddə 449; 2017, № 12 (II kitab), maddə 2550; 2018, № 10, maddə 2164; 2019, № 3, maddələr 513, 530, № 7, maddə 1319; 2021, № 2, maddə 209, № 3, maddə 282) ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddə “və haqqı ödənilən ictimai işlərin təşkili qaydalarını müəyyən edir” sözləri “və həmin Qanunun 21.1-ci maddəsinə uyğun olaraq işsiz, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxta­ran şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə onların mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunması ilə bağlı məsələləri tənzimləyir” sözləri ilə əvəz edilsin;

1.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Bu Qaydaların 1.1-ci bəndində göstərilən işsiz və işaxtaran şəxslərin (bundan sonra – işsiz və işaxtaran) müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə onların müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları (bun­dan sonra – yerli qurumlar) və “DOST” mərkəzləri (bundan sonra – mərkəzlər) tərəfindən təşkil edilir.”;

1.3. 2.2-ci bəndin birinci abzasına “İşsizlərin” sözündən sonra “və işaxtaranların” sözləri əlavə edilsin;

1.4. 2.3-cü bəndin ikinci abzasına, 2.7-ci bəndin birinci abzasının birinci və ikinci cümlələrinə, 2.8-ci bəndə (hər iki halda) və 3.3-cü bəndin dördüncü abzasına “işsiz” sözündən sonra “və işaxtaran” sözləri əlavə edilsin;

1.5. 2.5-ci bəndin birinci və ikinci cümlələrinə “İşsiz” və “işsiz” sözlərindən sonra “və işaxtaran” sözləri əlavə edilsin.

2. “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın təsdiq edilməsi və “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqın­da” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 13 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-ci il 29 may tarixli 251 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2019, № 5, maddə 984; 2021, № 3, maddə 278) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adından və 1-ci hissəsindən “işsiz” sözü çıxarılsın;

2.2. həmin Qərarla təsdiq edilmiş “Peşə ha­zırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası” üzrə:

2.2.1. adından, 2.1-ci, 2.2-ci və 3.1-ci bəndlərdən “işsiz” sözü çıxarılsın;

2.2.2. 1.1-ci bəndə “işsiz” sözündən sonra “, habelə həmin Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı tor­paq payı olub, digər məşğulluğu olmayan işaxtaran” sözləri əlavə edilsin;

2.2.3. 1.2-ci bəndə “İşsiz” sözündən sonra “(bu Qaydanın 1.1-ci bəndində göstərilən halda isə işaxta­ran)” sözləri əlavə edilsin;

2.2.4. 3.1.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.4-cü və 3.1.5-ci yarımbəndlər əlavə edilsin:

“3.1.4. işaxtaran kimi qeydiyyatı ləğv edildikdə;

3.1.5. işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1150; 2021, № 2, maddə 209, № 3, maddə 277) ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nda aşağı­dakı dəyişikliklər edilsin:

3.1. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.4. Aşağıdakı şəxslərin peşə hazırlığı ödənişsiz təşkil edilir:

2.4.1. işsiz şəxslərin;

2.4.2. “Məşğulluq haqqında” Azərbaycan Res­publikası Qanu-nunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin;

2.4.3. il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin.”;

3.2. 2.5-ci bəndə “işsiz” sözündən sonra “, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran” sözləri əlavə edilsin;

3.3. 2.7-ci bənddə “İşaxtaranlara” sözü “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.2.2-ci maddəsi nəzərə alınmaqla işax­taranlara” sözləri ilə əvəz edilsin;

3.4. 2.8-ci bəndə “nəzərə alınmaqla” sözlərindən əvvəl “və “Məşğulluq haqqında” Azərbaycan Respub­likası Qanununun 20.2.2-ci və 20.2.3-cü maddələri” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2019-cu il 11 iyun tarixli 266 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1155; 2021, № 2, maddə 209, № 3, maddə 277) ilə təsdiq edilmiş “Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi Qaydası”nın 2.1.3-cü yarımbən-dindən “işsiz” sözü çıxarılsın.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə