Ən son xəbərlər
№ 200 Bakı şəhəri, 20 may 2022-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 3 oktyabr tarixli 286 nömrəli və “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli 4 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 29 oktyabr tarixli 390-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 oktyabr tarixli 286 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1207; 2015, № 4, maddə 450, № 5, maddə 625; 2017, № 11, maddə 2148; 2019, № 5, maddə 966) ilə təsdiq edilmiş “Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.1.5-ci yarımbəndə “malların” sözündən sonra “xaricdə” sözü əlavə edilsin;
1.2. 5.3.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.3.3-cü yarımbənd əlavə edilsin:
“5.3.3. malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanı tərəfindən icazənin verilməsi.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 54; 2015, № 4, maddə 452, № 5, maddə 621) ilə təsdiq edilmiş “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 5.2.1-ci yarımbəndə “təqdim edən və” sözlərindən sonra “bu Qaydaların 5.2-1-ci bəndi nəzərə alınmaqla” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 5.2-1-ci bənd əlavə edilsin:
“5.2-1. Gömrük orqanları malların daxildə emal xüsusi proseduru altında yerləşdirilməsinə icazə verməzdən əvvəl yalnız Gömrük Məcəlləsinin 252-ci maddəsinə uyğun olaraq təminatın verilməsini tələb edə bilərlər.”;
2.3. 5.4.5-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 5.4.6-cı yarımbənd ləğv edilsin;
2.4. 5.5-ci bənd üzrə:
2.4.1. birinci cümləyə “mövcud olmadıqda,” sözlərindən sonra “həmçinin bu Qaydaların 5.2-1-ci bəndinə əsasən təminat tələb edilmədikdə,” sözləri əlavə edilsin;
2.4.2. ikinci cümləyə “aşkar edildikdə” sözlərindən sonra “və (və ya) bu Qaydaların 5.2-1-ci bəndinə əsasən təminat tələb edildikdə” sözləri əlavə edilsin;
2.4.3. üçüncü cümləyə “aradan qaldırıldıqda” sözlərindən sonra “və (və ya) bu Qaydaların 5.2-1-ci bəndinə əsasən təminat təqdim edildikdə” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri
Köhnə versiyamızdan xəbərləri izlə