Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda daha 2 faydalı qazıntı yatağı özəlləşdirilir

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyunun 22-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Agentlikdən verilən məlumata görə, Quba rayonunda yerləşən “Babaçay” qum çınqıl yatağının 5 LOT üzrə 21 hektar sahəsi və “Qonaqkənd” qum-çınqıl yatağının 15 LOT üzrə 73 hektar sahəsi hərraca çıxarılıb.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 14 iyun saat 16:00-a qədər qəbul olunur.

Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər.
Açıq hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək. Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3FX5tRX) və “Özəlləşdirmə portalı”nda (https://bit.ly/38D5rSW ) tanış olmaq olar.

21 May 2022 15:36 - İQTİSADİYYAT
İQTİSADİYYAT
2 İyul 2022 | 15:54
Azərbaycan nefti bahalaşıb
2 İyul 2022 | 10:39
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə