Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Eldar Əliyevin komandası mayın 21-də Niderland millisi ilə qarşılaşacaq

Mayın 20-də 22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan milli komandasının iştirak etdiyi AVRO-2022-nin təsnifat mərhələsində E qrupunun oyunlarına start verilib. Millimiz ilk matçda yarışın ev sahibi olan Kosovo  yığması ilə qarşılaşıb. 

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, oyun komandamızın üstünlüyü ilə başlayıb. İlk setdə 25:17 hesabı ilə qalib gələn millimiz sonrakı hissələrdə də rəqibindən üstün olub - 25:11, 25:20. Beləliklə ilk görüşdə 3:0 qalib gələn Eldar Əliyevin komandası 3 xala yiyələnib. 

Mayın 20-də E qrupunda digər matçda Niderland Slovakia ilə üz-üzə gəlib. Görüş Niderland millisinin 3:0 (25:22, 25:20, 25:21) hesablı qələbəsi ilə bitib.

Eldar Əliyevin komandası mayın 21-də Niderland millisi ilə qarşılaşacaq. 

Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi iyul ayında Polşada  keçiriləcək AVRO-2022-nin final mərhələsinə vəsiqə qazanacaq.

Tərlan SÜLEYMANOV,

"Xalq qəzeti"

21 May 2022 12:58 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə