Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş prokuror Bərdə rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanla­rı rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev mayın 20-də Bərdə rayon prokurorluğunun inzi­bati binasında Bərdə və Tərtər rayonların­dan olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror xalqı­mızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramını bildirib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Kamran Əliyev bölgədə yaşayan 114 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Proku­rorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror Bərdə və Tərtər Rayon prokurorluqlarının, eləcə də Tərtər və Ağdam Hərbi prokurorluq­larının əməkdaşları ilə görüş keçirib. Bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqları diqqətə çatdırılıb.

21 May 2022 00:02 -

Köhnə versiyamızdan xəbərləri izlə