Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Co Baydenin Asiyaya turnesi başlayıb

“The Vashington Post” nəşri yazıb ki, Birləşmiş Ştatlar Prezidenti Co Baydenin Cənubi Koreyaya və Yaponiyaya turnesi başlayıb. Nəşr qeyd edib ki, səfər mayın 24-dək davam edəcək. Səfər çərçivəsində Ağ ev rəhbəri hər iki ölkənin liderləri ilə görüşəcək.

Məlumata görə, Bayde­nin səfərinin əsas məqsədi hökumətlər, iqtisadiyyatlar və xalqlar arasında əlaqələri daha da dərinləşdirməkdir. ABŞ lideri səfər əsnasında Cənubi Koreyanın yeni seçilmiş Prezidenti Yun Sok Yol və Yaponiyanın Baş na­ziri Fumio Kişida ilə ikitərəfli görüşlər keçirəcək.

Bildirilir ki, o, Cənubi Koreya və Yaponiya liderləri ilə danışıqlarda təhlükəsizlik sahəsində münasibətlərin dərinləşdirilməsi, iqtisadi əlaqələrin gücləndirilməsi və praktiki nəticələrə nail olmaq üçün əməkdaşlığı genişləndirmək yolları­nı müzakirə edəcək. O, həmçinin Tokioda Dördtərəfli Təhlükəsizlik Dialoqunun (ABŞ, Avstraliya, Hin­distan və Yaponiyadan ibarət QUAD) liderləri ilə görüşəcək.

Ən son məlumata görə, Bayden Asiyaya səfəri zamanı Ukraynada müharibə aparan Rusiyanın əsas gəlir mənbələrindən biri olan neft qiymətlərinin məhdudlaşdırılması məsələsini də müzakirə ma­sasına çıxaracaq.

Elçin ABBASOV,

“Xalq qəzeti”

21 May 2022 00:12 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 İyul 2022 | 00:32
Xarici xəbərlər
5 İyul 2022 | 09:18
Yaponiyada tayfun həyəcanı

Köhnə versiyamızdan xəbərləri izlə