Ən son xəbərlər
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında ərzaq təhlükəsizliyindən danışarkən bildirib ki, Rusiya xarici ölkələrə avqustun 1-dən ilin sonunadək 25 milyon ton yüksək keyfiyyətli buğda ixrac edə bilər. Ötən il Rusiya xarici ölkələrə 30 milyon ton yüksək keyfiyyətli buğda ixrac edib.
Vasili Nebenzya bildirib ki, hazırda Rusiyada bol taxıl məhsulu yetişib. Rusiya istədiyi vaxt bütün dünyaya buğda ixrac edə bilər. Bundan əlavə, bir çox dövlətlər hələ də Rusiya enerjidaşıyıcılarından asılıdırlar. Beləliklə, Rusiya həm taxıl, həm də yanacaq məsələsində bütün dövlətlərə yardım edə bilər.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə