Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya qaz ixracından 100 milyard dollar xalis gəlir əldə edə bilər

Fransanın “Ecbos” qəzetinin yaz­dığına görə, 2022-ci ildə Rusiya qaz ixracından 100 milyard xalis gəlir əldə edə bilər.

Qəzetə müsahibəsində yanacaq üzrə mütəxəssis Torri Bros bildirib ki, ötən ilə nisbətən bu il qazın qiyməti 2 dəfə artıb. Avropa İttifaqı hər gün Rusiyanın “Qazprom” şirkətinə 200 milyon dollar ödəyir. Əgər Avro­pa Rusiyadan qaz idxalını məhdudlaşdırsa, yenə də Moskva qaz ixracından rekord gəlir əldə edəcək.

Mütəxəssislər bildiriblər ki, onlar hələ neft, daş kömür və digər enerji resurslarını nəzərə almırlar. Rusiya bu sahələrdən də rekord gəlir əldə edir.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

21 May 2022 00:09 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 İyul 2022 | 23:37
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə