Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukraynalı general: Xarkovda 23 yaşayış məntəqəsini azad etmişik

Ukrayna Ordusu Xarkov istiqamətində irəliləməkdə davam edir. Belə ki, bu ölkənin Silahlı Qüvvələri Xarkov istiqamətində bu il mayın 5-dən başlayaraq keçirdikləri hərbi əməliyyatlarda 23 yaşayış məntəqəsini azad ediblər.

UNİAN agentliyi yazır ki, bu barədə, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksey Qromov jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib. “Düşmən ağır top və artilleriya qurğularından cavab atəşlərini gücləndirib, qoşunlarımızın hücumunu və Ukraynanın dövlət sərhədinə çıxışını dəf etməyə çalışırıq”, - deyə general bildirib.

Lakin Donbas istiqamətindəki döyüşlərdə dünən Rusiya Silahlı Qüvvələrinin çox da böyük olmayan məsafədə irəliləməsi nəzərə çarpıb. Dünən Ukraynanın cənubunda – Xerson və Nikolayev şəhərləri istiqamətində də gərgin döyüşlər davam edib.

Xatırladaq ki, bu il fevralın 24-də Rusi­ya Ordusunun Ukraynaya qarşı başladığı hərbi əməliyyat davam edir. Hər iki tərəfdən minlərlə hərbçi həlak olub. Ölənlər və yara­lananlar arasında qadın, uşaq və qocalar da var.

Ukraynanın altı milyondan çox vətəndaşı ölkəni tərk ediblər. Qaçqın ailələri ən çox Polşa, Macarıstan və Rumıniya ərazisində yerləşdiriliblər. Müharibə isə uzanır. Ekspertlər deyirlər ki, Rusiya-Ukrayna silahlı qarşıdurmasının tezliklə bitməsi gözlənilmir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

21 May 2022 00:08 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 İyul 2022 | 23:37
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə