Ən son xəbərlər
Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir.
Londonun “İCE” (“ Inter Continental Exchange Futures”) Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,62 faiz artaraq bir bareli 111,35 dollar olub. “NYMEX” (“New York Mercantile Exchange “) Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 1,21 faiz artaraq bir bareli 110,85, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 0,48 faiz artaraq bir bareli 118,99 dollar olub.
Rusiya Baş nazirinin müavini, ölkənin energetika naziri Aleksandr Novak bildirib ki, əgər Avropa İttifaqı Rusiya neftinə embarqo qoysa, onda neftin coğrafiyası dəyişə bilər. Neft başqa ölkələrə daha baha qiymətə satılar. May ayından etibarən Rusiyada neft hasilatı sutkada 232 min barel artıb.
OPEC+ dövlətlərinin məlumatına görə, may ayından etibarən hasilat sutkada 432 min barel artırılıb. Azərbaycanda neft hasilatı sutkada 7 min barel artırılıb.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə