Ən son xəbərlər
ABŞ-ın və dünyanın məşhur şirkətlərindən olan “Ford” avtokonserni 39 min avtomobili geri çağırıb. Bildirilir ki, buna avtomobillərdə baş verən yanğınlarla bağlı 16 müraciətin daxil olması səbəb olub. Mövcud nasazlıq 2021-ci il istehsalı olan “Ford Expedition” və “Lincoln Navigator” modellərində aşkar edilib. Həmçinin şirkət “Ford” 310 min “Super Duty” “F-250”, “F-350”, “F-450” və “F-550” markalı yük avtomobillərini də nasaz hava yastığı probleminə görə geri çağırdığını açıqlayıb.
Məlumatı “AutoCar” yayıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə