Ən son xəbərlər
“McDonald’s” şirkəti Rusiyadakı biznesini sahibkar Aleksandr Qovora satır. Bildirilir ki, A.Qovor Rusiyanın bir neçə regionunda “McDonald’s”ın 25 restoranını idarə edən “QiD” şirkətinin sahibidir. Qeyd edilir ki, bundan sonra restoranlar yeni brend altında fəaliyyət göstərəcək. Eyni zamanda, ABŞ tərəfi hazırkı əməkdaşların azı iki il müddətinə işdə qalmasını tələb edib. Sövdələşmənin dəyəri hələlik açıqlanmayıb.
Xəbəri “Business İnsider” verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə