Ən son xəbərlər
ABŞ-ın nüfuzlu “Timе” nəşrinin versiyasına əsasən, Ukrayna Prezidenti Volodimir Zelenski ilin ən nüfuzlu insanı seçilib. Zelenski “Time” oxucularının reytinqində 3,3 milyon səs (ümumi səslərin 5 faizi) toplayaraq ilk yeri tutub. Həmçinin 3,5 faiz səs toplayan “SpaceX” və “Tesla” kompaniyalarının rəhbəri İlon Mask reytinqdə ikinci yeri tutub. İlk üçlüyü Böyük Britaniyanın Baş naziri Boris Conson tamamlayır.
Xəbəri “Bloomberg” verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə