Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 197 Bakı şəhəri, 18 may 2022-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Həbs edilmiş şəxslərin hava gəmisində daşınması Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 2 avqust tarixli 194 nömrəli, “Qa­nunsuz müdaxilə aktları ilə bağlı təqdim edilmiş rabitə xidmətlərindən istifadə Qaydaları”nın və “Qanunsuz müdaxilə aktları ilə bağlı təqdim edilmiş rabitə xidmətlərinə görə haqqın ödənilməsi Qaydası və Şərtləri”nin təsdiq edilməsi barədə” 2013-cü il 28 dekabr tarixli 358 nömrəli, “Aviasiya təhlükəsizliyi sahəsində personalın hazırlığı üzrə Milli Proqram”ın təsdiq edilməsi barədə” 2014-cü il 10 aprel tarixli 100 nömrəli, “Sərnişinlərə, onların əl yükü və ba­qajlarına baxış keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 10 iyul tarixli 226 nömrəli, “Hava gəmisində silahın daşınması Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 30 dekabr tarixli 409 nömrəli və “Aviasiya təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət üzrə Milli Proqram”ın təsdiq edilməsi barədə” 2015-ci il 16 iyun tarixli 231 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texno­logiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Preziden­tinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2013-cü il 2 avqust tarixli 194 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2013, № 8, maddə 994; 2018, № 4, maddə 832; 2021, № 6 (IV kitab), maddə 686) ilə təsdiq edilmiş “Həbs edilmiş şəxslərin hava gəmisində daşınması Qaydası”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2013-cü il 28 dekabr tarixli 358 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2013, № 12, maddə 1648; 2018, № 4, maddə 833; 2021, № 6 (IV kitab), maddə 686) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Qa­nunsuz müdaxilə aktları ilə bağlı təqdim edilmiş rabitə xidmətlərindən istifadə Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2014-cü il 10 aprel tarixli 100 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2014, № 4, maddə 445; 2021, № 6 (IV kitab), maddə 686) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi sahəsində personalın hazırlığı üzrə Milli Proqram”da dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 10 iyul tarixli 226 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2014, № 7, maddə 914; 2021, № 6 (IV kitab), maddə 686) ilə təsdiq edilmiş “Sərnişinlərə, onların əl yükü və baqajlarına ba­xış keçirilməsi Qaydası”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

5. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2014-cü il 30 dekabr tarixli 409 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2014, № 12, maddə 1683; 2021, № 6 (IV kitab), maddə 686) ilə təsdiq edilmiş “Hava gəmisində silahın daşınması Qaydası”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 16 iyun tarixli 231 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2015, № 6, maddə 803; 2021, № 6 (IV kitab), maddə 686) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət üzrə Milli Proqram”da dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə