Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 195 Bakı şəhəri, 18 may 2022-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” 2020-ci il 29 iyul tarixli 269 nömrəli, “Startapın müəyyən olunması meyarları”nın təsdiq edilməsi barədə” 2021-ci il 29 yanvar tarixli 20 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haq­qında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 41 nömrəli, “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” 1999-cu il 6 aprel tarixli 60 nömrəli, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 21 iyun tarixli 103 nömrəli, “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli, “Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılması üçün razılı­ğın verilməsi Qaydası haqqında” 2000-ci il 11 aprel tarixli 64 nömrəli, “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydalarının təsdiq edilməsi barədə” 2000-ci il 30 iyun tarixli 110 nömrəli, “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 13 dekabr tarixli 220 nömrəli və “Hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsinin təsdiq edilməsi haqqında” 2002-ci il 18 yanvar tarixli 9 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 4 aprel tarixli 135 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texno­logiyalar və rabitə sahəsində idarəetmənin təkmilləş-dirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Preziden­tinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 269 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2020, № 7, maddə 999) ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının Əsasnaməsi”nin 1.3-cü bəndində və 3.1.2-ci yarımbən-dində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2021-ci il 29 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2021, № 1, maddə 103) ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”nın 3.9.2-ci yarımbəndində və 3.14-cü bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnolo­giyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 41 nömrəli, “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” 1999-cu il 6 aprel tarixli 60 nömrəli, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 21 iyun tarixli 103 nömrəli, “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli, “Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respubli­kasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılması üçün razılığın verilməsi Qaydası haqqında” 2000-ci il 11 aprel tarixli 64 nömrəli, “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydalarının təsdiq edilməsi barədə” 2000-ci il 30 iyun tarixli 110 nömrəli, “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haq­qında” 2000-ci il 13 dekabr tarixli 220 nömrəli və “Hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsinin təsdiq edilməsi haqqında” 2002-ci il 18 yanvar tarixli 9 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli 135 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

3.1. adından “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydalarının təsdiq edilməsi barədə” 2000-ci il 30 iyun tarixli 110 nömrəli,” sözləri çıxarılsın;

3.2. 6-cı hissə ləğv edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə