Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Rusiya və Şərq. Rusiya akademik şərqşünaslığının 200 illiyi”

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Elmlər Akademiyasının (REA) Şərq Əlyazmaları İnstitutunun (ŞƏİ) 200 illik yubileyinə həsr olunmuş “Rusiya və Şərq. Rusiya akademik şərqşünaslığının 200 illiyi” adlı beynəlxalq forumda iştirak edib.

Nümayəndə heyətinin tərkibində AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev və digər alimlər olublar.

Forumun təntənəli açılış mərasimində akademik Akif Əlizadə geniş nitqlə çıxış edərək REA Şərq Əlyazmaları İnstitutunun çoxsaylı kollektivini yubiley münasibətilə təbrik edib, Azərbaycan əlyazmaları haqqında kitabları ŞƏİ-nin direktoru, prof. İrina Popovaya təqdim edib.

 www.science.gov.az saytı yazır ki, forumun ikinci günü “Avrasiya məkanında akademik şərqşünaslıq: tarix və perspektivlər”, “Keçmiş Rusiya imperiyası ərazisində İslam”, “Xristian Şərqinin öyrənilməsi: qırılmış ənənələrin bərpası”, “Türk-monqol dünyası əlyazma və sənədlərdə” və digər mövzularda dəyirmi masalar təşkil olunub.

Akademik Akif Əlizadə, həmçinin səfər çərçivəsində Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunda baş konsul Sultan Qasımovla işgüzar görüş keçirib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

5 Dekabr 2018 17:13 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə