Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

NATO 42 minədək hərbçisini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib

Brüsseldə keçirilən mətbuat konfransında NATO Müttəfiq Qüvvələrinin (JAF) Avropadakı Ali Baş Komandanı amerikalı general Tod Uolters bildirib ki, Alyans yüksək döyüş hazırlığı vəziyyətində olan qüvvələrin sayını 42 minə çatdırıb.

Tod Uolters deyib: “Avropa­da Ali Baş Komandan kimi mənim rəhbərliyim altında hazırda yüksək döyüş hazırlığı vəziyyətində olan 42 mindən çox hərbçimiz və 120 təyyarəmiz var, 20-dən çox gəmi də hazır vəziyyətdədir”.

Tod Uolters qeyd edib ki, hazırda Birləşmiş Ştatların kollektiv müdafiəyə cəlb etdiyi qüvvələr 100 mindən çox hərbi qulluqçudan ibarətdir.

General vurğulayıb ki, ümumiyyətlə, NATO-nun qətiyyəti və birliyi heç vaxt bu qədər yüksək olmayıb.

“Xalq qəzeti”

20 May 2022 23:49 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 İyul 2022 | 23:37
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə