Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT rəsmisi İrana qarşı sanksiyaları ləğv etməyə çağırıb

BMT-nin birtərəfli məcburi tədbirlərin insan hüquqları­na mənfi təsiri üzrə xüsusi məruzəçisi Yelena Dovqan İrana səfərindən sonra billdirib ki, BMT Təhlükəsizlik Şurasının razılığı ol­madan ABŞ və digər ölkələrin Teh­rana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar ləğv edilməlidir.

Xüsusi məruzəçi qeyd edib ki, ABŞ 1970-ci illərin sonlarından etibarən İrana qarşı sanksiyalar tətbiq edir və bu tədbirlər dəfələrlə genişləndirilib. Avropa İttifaqı da 2010-cu ildə iqtisadi və ticari sanksiyalar tətbiq edib, 2012-ci ildə isə neft ixracına embarqo qoyub.

Yelena Dovqan vurğulayıb ki, bir sıra ölkələr, o cümlədən, Böyük Britaniya, Avstraliya və Kanada da Tehrana qarşı ixrac və ticarətlə bağlı məhdudiyyətlər tətbiq ediblər. İranın xarici ölkələrdə dondurulmuş aktivləri 100-120 milyard dollar həcmində dəyərləndirilir.

Qeyd edək ki, Yelena Dovqanın rəy və tövsiyələrini BMT-nın İnsan hüquqları üzrə Ali Komissarının İdarəsi Cenevrədə cümə axşamı dərc etmişdir.

“Xalq qəzeti”

20 May 2022 23:48 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
6 İyul 2022 | 00:32
Xarici xəbərlər
5 İyul 2022 | 09:18
Yaponiyada tayfun həyəcanı

Köhnə versiyamızdan xəbərləri izlə