Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan Azərbaycanın sülh təşəbbüslərinə müsbət cavab verməlidir

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, İrəvan Bakının sülh təşəbbüslərinə müsbət cavab verməlidir.

Mövlud Çavuşoğlu deyib: “Biz Ermənistanı bu xoş niyyətlərə cavab verməyə cağırmaqda və təşviq etməkdə davam edirik. Ölkə daxilindəki radikalların və xaricdəki erməni diasporunun Ermənistan hakimiyyətinə təzyiq etdiyini görürük. Biz artıq təkcə ABŞ dövlət katibi Entoni Blinkenə deyil, digər həmsöhbətlərimizə də demişik ki, Ermənistan bu istiqamətdə daha çox təşviq edilməlidir. ABŞ dövlət katibi ilə dünən baş tutan görüşümüzdə bir daha xatırlatdıq ki, Türkiyə və Azərbaycan regionda sabitliyin təmin edilməsi naminə sülh istəyir və xoş məram nümayiş etdirir”.

Xarici işlər naziri qeyd edib ki, 44 günlük müharibədə qələbə qazandıqdan sonra Azərbaycan regionda sülh niyyətini açıq şəkildə nümayiş etdirib. Çavuşoğlu xatırladıb ki, Azərbaycan tərəfi Ermənistana hərtərəfli sülh sazişi bağlamağı təklif edib. Azərbaycan, həmçinin, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması ilə bağlı aparı­lan danışıqları dəstəkləyir.

“Xalq qəzeti”

20 May 2022 23:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə