Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“KOB Fest” sərgi satış yarmarkası Lənkəran şəhərində təşkil olunacaq

Növbəti KOB Fest sərgi-satış yarmarkası mayın 22-də Lənkəran şəhərində təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Lənkəran şəhərinin sakinlərini və qonaqlarını “KOB Fest”ə dəvət edir.

KOBİA-dan bildirilib ki, yarmarkada Lənkəran şəhərinin və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal edilən qida, qeyri-qida məhsulları, sənətkarların, yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. “KOB Fest” çərçivəsində, həmçinin bölgədə təhsil, İKT, maliyyə və sair sahələrdə fəaliyyət göstərən KOB-ların xidmətləri təqdim olunacaq.

Festival ərzində sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli görüşlər keçiriləcək və mədəni-əyləncəli proqram təşkil ediləcək.

“KOB Fest”in təşkilində məqsəd Lənkəran və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal edilən məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir.

Lənkəran şəhərində Heydər Əliyev Parkında təşkil olunacaq “KOB Fest” sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.

20 May 2022 22:22 - İQTİSADİYYAT
İQTİSADİYYAT
6 İyul 2022 | 23:41
Neftdən nə xəbər?!
5 İyul 2022 | 10:47
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə